Sudanın keçmiş prezident Ömər əl-Bəşir ölkədə şiddətli döyüşlər başlamazdan əvvəl Kober həbsxanasını çıxarılaraq hərbi xəstəxanaya köçürülüb.
Ednews Əl-Ərəbiyə saytına istinadən xəbər verir ki, Sudan hökumətinin keçmiş naziri Əli Harun dünən, digər keçmiş məmurlarla birlikdə həbsxanadan çıxıb.
Bu hadisə Sudan ictmayyətində keçmiş prezidentin Əl-Bəşirin harada olduğu ilə bağlı suallar yaradıb.
Qeyd edək ki, Ömər əl-Bəşir və Əli Harun Darfurda törətdikləri cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilib.
Loğman Yunis