Ednews Al-Arabia-ya istinadən xəbər verir ki, Əfqanıstan ardıcıl üçüncü il quraqlıq problemi yaşayır, və ikinci ildir ki, ağır iqtisadi çətinliklərlə üzləşir.
Bəyanat da əlavə edilib ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq Proqramı bu ayın əvvəlində bildirilib ki, Əfqanıstanın növbəti altı ay ərzində təcili olaraq 800 milyon dollara ehtiyacı var:
“Əfqanıstan son 25 ildə ən böyük aclıq riski yaşayır. 2021-ci ildə Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Birləşmiş Millətlər Təşkilatının agentlikləri əfqanları qida, təhsil və səhiyyə xidmətləri ilə təmin edirdi. Lakin Taliban qadınların milli və beynəlxalq QHT-lərdə işləməsinə mane olması bu yardımın bölüşdürülməsinə ciddi təsir göstərdi”.
Loğman Yunis