İsrail qüvvələri Fələstinlə atəşkəs imzalayıb.
Ednews Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, qarşılıqlı atəşkəs səhər saat 3:30-da qüvvəyə minib və Misir, Qətər və BMT rəsmilərinin səyləri ilə əldə edilib.
Qeyd edək ki, tanınmış fələstinli aclıq aksiyası keçirən Xader Adnanın həbsxanada ölməsindən sonra Fələstin İsrailə raket hücumu edib. Daha sonra isə Fələstin qüvvələri İsrailin mühasirədə olan sahil anklavını vurub. Bu hücumlardan sonra may ayının 3-də gecə İsrail qüvvələri və Qəzzadakı Fələstin silahlı qrupları atəşkəs imzalayıblar.
Əkbər Şəbəndəyev