İlon Mask Twitter-in baş direktoru vəzifəsindən istefa verir.
Ednews xəbər verir ki, Mask bu barədə öz social şəbəkə hesabından məlumat verib.
“Twitter üçün yeni icraçı direktoru işə götürdüyümü elan etməkdən məmnunam. O, təxminən altı həftə ərzində işə başlayacaq!"
Onun sözlərinə görə, onun rolu məhsullara, proqram təminatına və sistem administratorlarına nəzarət edən icraçı sədr və texniki direktora keçəcək.
“The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verir ki, “Twitter”in baş direktoru vəzifəsini ABŞ-nin “BCUniversal” media şirkətinin top meneceri Linda Yakkarino icra edəcək.
Sevinc Kamalova