Türkiyədə keçirilən parlament seçkiləri zamanı prezident kabinetinin 16 üzvü 28-ci dövr Türkiyə Böyük Millət Məclisində seçilib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar bölgələri üzrə AK Partini təmsil edəcək.
Bunların arasında milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, əmək və sosial müdafiə naziri Vedat Bilgin, enerji və təbii qaynaqlar naziri Fatih Dönmez, gənclər və idman naziri Mehmet Muharrem, xəzinə və maliyyə naziri Nureddin Nebati, milli təhsil naziri Mahmut Özer, sənaye və texnologiya naziri Mustafa Varank, kənd təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yer alıb.