Tesla şirkətinin baş direktoru, milyarder İlon Mask amerikalı milyarder Corc Sorosun insanlığa nifrət etdiyini düşünür.
Ednews xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.
Mask “ Sorosun “Yaxşı niyyəti”nə görə davamlı olaraq təqiblərə məruz qaldığını, bunu “siyasi inancları ilə razılaşmadıqları üçün” əlaqələndirən izləyicisinə cavab olaraq qeyd edib:
“Siz Sorosun yaxşı niyyətli olduğunu güman edirsiniz. Bu səhv fikirdir. O, sivilizasiyanın özünü məhv etmək istəyir. Soros bəşəriyyətə nifrət edir”.
Hacıyeva Nurlana