ABŞ-ın Montana ştatında “TikTok”dan istifadə qadağan edilib.
Ednews xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Gianforte qərar imzalayıb.
Bildirilib ki, bu, məxfi məlumatların qorunması üçündür. Qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Montana ABŞ-da “TikTok” sosial şəbəkəsini tamamilə qadağan edən ilk ştatdır.