Rusiya 5 İsveç diplomatını “persona non-qrata” (arzuolunmaz şəxs) elan edib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb İsveçin aprelin 25-də 5 rus diplomatını “persona non-qrata” elan etməsi olub. Bunun “düşmənçilik” addımı olduğu və ikitərəfli münasibətləri çətin vəziyyətə saldığı vurğulanıb.
Bu səbəbdən İsveçin Moskvadakı səfiri Malena Mard tərəfindən nazirliyə çağırılıb.
Bundan əlavə, Rusiyanın Göteborqdakı Baş Konsulluğunun sentyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq qərarına gəldiyi bildirilib.