Pakistan-İran sərhədində GƏRGİNLİK ÖLƏNLƏR VAR

Pakistanla İran arasında sərhəd keçid məntəqəsində iki əsgər ölüb. 
 
Ednews BBC-ə istinadən xəbər verir ki, Pakistan tərəfinin yaydığı məlumata görə, hər iki tərəfdən iki əsgər ölüb. 
 
Hadisə bir qrup terrorçu tərəfindən törədilib. Terrorçu qruplaşma Bəlucistanın Kiş rayonundakı sərhəd məntəqəsinə hücum edib.
 
Silahlı qüvvələr bölgədə dərhal əməliyyata başlayıb. Terrorçuların qaçmasının qarşısını almaq üçün İran tərəfi ilə təmasa keçilib.
 
Qeyd edək ki, Pakistan və İran arasındakı sərhəd xəttinin uzunluğu 900 km-dən çoxdur. Ara-sıra sərhəd xətti boyunca silahlı insidentlər baş verir.
 
 
Törə Zeynal
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO