Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Bakıya gəlib.
 
Ednews xəbər verir ki, qurum başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
 
BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq
 
Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
 
Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib.
 
Qeyd edək ki, yarış iyunun 4-də başa çatacaq.
Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"