Ermənistanın Apellyasiya Məhkəməsi müharibədə ölən əsgər Jora Martirosyanın anası Qayane Akopyan (Martirosyan) barəsində seçilən həbs-qətimkan tədbirini dəyişdirib. O, ev dustaqlığına buraxılıb.
Ednews "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan məlumat yayıb.
Qadın Ermənistan baş nazirinin oğlunun oğurlanmasını təşkil etməkdə ittiham olunur. O, mayın 20-dən həbsdə saxlanılıb.