Əfqanıstanda bomba yüklü avtomobilin partlaması nəticəsində vilayət qubernatorunun müavini həlak olub.
Ednews BƏƏ-nin 24 ae saytına istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı Bədəxşan vilayətinin rəsmisi Muiziddin Əhmədi hadisə barədə rəsmi məlumat verib. Bildirilib ki, əyalət qubernatorunun müavini Nasir Əhməd Əhmədi və sürücüsü bomba yüklü avtomobilin partlaması nəticəsində həlak olub, 6 mülki şəxs isə yaralanıb.
Bir neçə həftə əvvəl Əfqanıstanda ilk böyük partlayış baş vermişdi. Terror aktını kimlərin həyata keçirdiyi hələki məlum deyil.
Taliban administrasiyası paytaxt Kabil də daxil olmaqla iri şəhərlərdə törədilən terror hadisələrində məsuliyyəti üzərinə götürən İŞİD-ə qarşı əməliyyatlar aparır.
Törə Zeynal