Somalidə mərmi partlayışı nəticəsində 22 nəfər ölüb

Somalinin cənubunda mərmi partlayışı nəticəsində ikisi uşaq olmaqla azı 22 nəfər həlak olub.
 
Ednews xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
 
Hadisə Koryoley şəhəri yaxınlığında qeydə alınıb.
 
Faktla bağlı araşdırma aparılır.