Türkiyədə güclü PARTLAYIŞ: Ölənlər və yaralananlar var

Türkiyənin Ankara şəhərinin Elmadağ rayonunda Maşınqayırma və Kimya Sənayesi (MKE) Raket və Partlayıcı Maddələr Zavodunda partlayış baş verib. 
 
Ednews  Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 5 işçi həlak olub, yaralananlar var. Təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. 
 
Məlumata görə, partlayış səhər saatlarında fabrikdə baş verən yanğından sonra baş verib.
 
Partlayışın dəqiq səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. 

Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"