İranın İlam vilayətində iki ziyarətgah yandırılıb.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah (Seyid Yusif və Seyid Həbibin məqbərələri) İran İslam Respublikasının aqressiv siyasətinə qarşı İlam əyalətindəki naməlum inqilabçı gənclər tərəfindən yandırılıb.
İlam əyalətinin Prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.
Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.