Türkiyə İşəgötürənlər Həmkarlar İttifaqları Konfederasiyasının (TİSK) sədri Özgür Burak Akkol Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhanı ziyarət edib.
Ednews “Haber Türk”-ə istinadən xəbər verir ki, o, minimum maaş 500 dollar gözləntisi ilə bağlı Türkiyədə başqa valyutalarla təyin olunmadığını bildirib.
“Bayrama qədər bunu başa çatdırmaq istəyirik. Sizə yaxşı proses arzulayıram. Əvvəlki nazirimiz açıqlama verdi, amma biz bunu əvvəldən axıra kimi dinləyəndə bildirir ki, maaşı dollara indeksasiya etmək olmaz. İstək kimi müəyyən səviyyələrdən danışır. Biz Türkiyə Cümhuriyyətindəyik, başqa pul vahidləri ilə təyin olunmur”.
Həmçinin vurğulayıb ki, komissiya hər şeyi nəzərə alır.
“100-dən çox parametr qiymətləndiriləcək. Xoşməramlılıq var, onun altını çəkmək istəyirəm. Hesab edirik ki, inflyasiyanın azalması tendensiyası müşahidə olunsa da, aralıq artım var. Həm işçini, həm də işəgötürəni nəzərə alacağıq. Biz həmişəki kimi TL danışacağıq”.