Belarusiyanın prezidenti Aleksandr Lukaşenko BMT-nin diplomatik kazinoya çevrildiyini bəyan edib.
Ednews xəbər verir ki, dövlət başçısının sözlərini BELTA agentliyi yayıb.
“BMT dünyanın gələcək inkişafı ilə bağlı mübahisələrin və müzakirələrin həlli üçün sivil dialoq platformasından Qərbin nüfuzlu adamları tərəfindən idarə olunan diplomatik kazinoya çevrilib”, - deyə Lukaşenko bildirib.