Kanada hökuməti NATO ilə əməkdaşlıq çərçivəsində payıza qədər Latviyada “Leopard 2” tank bölüyü yerləşdirmək niyyətindədir.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.
“Kanadanın Latviyaya 15 ədəd “Leopard 2” tankından ibarət tank bölüyü, eləcə də yardımçı heyət və avadanlıqlar yerləşdirəcəyini elan edirəm”, - o deyib.
Onların Latviyaya 2023-cü ilin payızında gətiriləcəkləri gözlənilir.