Rusiya Kiyevlə siyasi dialoqa hazırdır və buna iradəsi də var.
Ednews xəbər verir ki, bu fikirləri Rusiya prezdentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
"Prezident Zelenski Rusiya tərəfi ilə danışıqlar aparılmasını qadağan edən fərman imzalayıb. Yəni bu vəziyyətdə bir şey haqqında danışmaq çox çətindir. Ancaq biz hazırıq. Siyasi iradəmiz var, hazırlığımız var. Ancaq burada hələ bir dialoq görünmür, dialoq üçün heç bir təməl yoxdur ", - deyə Peskov bidirib.