Almaniyanın Baden-Vürtemberq əyalətində təyyarə anqarında yanğın baş verib. Yanğın milyonlarla avro dəyərində maddi itkiyə səbəb olub.
Ednews Skynews-a istinadən xəbər verir ki, yanğının baş vermə səbəbi araşdırılır.
Yanğın bazar günü axşam Hokenhem Hava İdman Klubunun anqarında baş verib. Dam örtüyünün alışması ilə başlayan yanğın daha sonra bütün anqarı əhatə edib.
Rəsmi məlumata görə, 10-a yaxın təyyarə yanaraq sıradan çıxıb. Yanğının söndürülməsinə bir neçə yanğın söndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yerli mənbələrin bildirdiyinə görə, may ayının sonundan Almaniyanın bir sıra əyalətlərində quraqlıq səbəbi ilə meşələr yanır. Euterbuq şəhərində bir hərbi təlim meydançası da yanıb.
Almaniya hökuməti meşələri məhv edən bu bəlanın qarşısını almaq üçün tədbir görmür.
Ötən həftə Reyn çayının yaxınlığındakı meşələrdə də yanğın baş verib. Hektarlarla ərazini əhatə edən yanğının söndürülməsinə 200-dən çox briqada cəlb edilib.
Törə Zeynallı