“Kreml Moldova hakimiyyətinin Qələbə Gününü ləğv etmək fikrinə son dərəcə mənfi yanaşır, belə qərarlar Moldova veteranlarının ürəyini ağrıdır”, - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ednews-un TASS-a istinadən verdiyi məlumata görə, Kremlin sözçüsü jurnalistlərlə söhbətində Moldova hakimiyyətinin belə bir təşəbbüsünü şərh edərkən deyib: “Biz son dərəcə mənfiyik. Moldovada çoxlu insanlar var. Təbii ki, bu, həqiqətən məyusedicidir”.
Bundan əvvəl Moldova hökuməti hakim partiyanın 9 May Qələbə Gününün qeyd edilməsinin ləğvi və İkinci Dünya Müharibəsi zamanı həlak olanların şərəfinə 8 Mayın Anım və Barışıq Gününün təsis edilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Müxalifət partiyaları bu qərarı tənqid etdi, parlament qarşısında ictimai etirazlar keçirildi, onların nümayəndələri seçki kampaniyası zamanı prezident Maia Sandu-nun Qələbə Gününün qeyd edilməsinə mane olmayacağını vəd etməsinə diqqət çəkdi.
Müxtəlif hesablamalara görə, Moldovanın 400 minə yaxın yerli sakini Qırmızı Ordu sıralarında döyüşmüş, onlardan 50 min nəfərinin göstərdiyi xidmətlərə görə mükafatlandırılmış, 20 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Hər il Qələbə Günündə yüz minlərlə insan Kişinyov küçələrinə çıxaraq “Ölməz alay” yürüşü keçirir.
Nurlana