Qızmar yay Fransada minlərlə insanın ölümünə səbəb olub.
Ednews Euronews-a istinadən xəbər verir ki, Fransa Sağlamlıq Agentliyinin məlumatına görə, yüksək tempratur səbəbilə 30 mindən çox insan həyatını itirib.
Agentlik anomal istilərlə bağlı araşdırma aparıb. Hesabatda qeyd edilir ki, iqlim dəyişikliyi fonunda qlobal istiləşmə son illərdə ölkədə ölüm hallarını artırıb. Xüsusən də yaşı 75-dən çox olan şəxslər risk qrupuna daxildir.
Araşdırma nəticəsində o da məlum olub ki, 2019-2022-ci illər ərzində istilik dalğalarının tezliyi artıb. Bunun da səbəbi qlobal iqlim dəyişikliyidir.
Törə Zeynallı