Rusiya ordusunun bir qrup hərbçisi Priqojinə qoşulmaq üçün müraciət edib.
Ednews xəbər verir ki, bu barədə bir neçə rus əsgəri sosial şəbəkədə ''Vaqner'' hərbi təşkilatının Yevgeni Priqojinə müraciət edib.
Onlar Priqojini dəstəklədiklərini və onun tərəfinə keçdiklərini bildiriblər.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.