İyulun 2-dən Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan reysləri üzrə uçuşlara başlayıb.
Ednews xəbər verir ki, bu barədə İrəvanın Zvartnots hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.