Moskvada Mərkəzi Poçt Gömrüyündə bir qutu tank əleyhinə mina aşkar edilib.
Ednews-un verdiyi məlumata görə, bu barədə "112" Telegram kanalı xəbər verir.
Qəzetin yazdığına görə, minalar gömrük əməkdaşı tərəfindən bağlamalara baxış zamanı aşkar edilib. Binada olan bütün insanlar təxliyə edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Nurlana