İyulun 6-da ABŞ-ın Meta korporasiyası Twitter sosial şəbəkəsinin analoqunu - Threads əlavəsini istifadəyə verəcək.
Ednews xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi Twitter-in potensial rəqibi Instagram sosial şəbəkəsi əsasında fəaliyyət göstərəcək.
Threads App Store-un ABŞ seqmentində (Threads, Instagram tətbiqi) öz problemlərini müzakirə etmək üçün "icmaların bir araya gəldiyi yer" olacaq.
Gələcək istifadəçilərə maraq kəsb edən və həmfikir olan insanları izləmək, onlarla ünsiyyət qurmaq, həmçinin öz ideyalarını, fikirlərini və yaradıcılıqlarını bölüşmək tövsiyə olunur.
ABŞ-dakı istifadəçilər iyulun 6-da App Store-dan Threads-i pulsuz yükləyə biləcəklər.