Rusiya prezidenti Vladimir Putin "Vaqner" muzdlu qruplaşmasının iyun ayında qaldırdığı qiyamdan sonra ilk dəfə qlobal sammitdə çıxış etməyə hazırlaşır.
Ednews BBC-yə istinadən xəbər verir ki, o, çərşənbə axşamı Çin, Hindistan, Pakistan və dörd Mərkəzi Asiya ölkəsinin liderləri ilə virtual olaraq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Regional təhlükəsizlik, iqtisadiyyat, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və Əfqanıstan görüşdə müzakirə olunacağı ehtimal olunan məsələlərdəndir.
Səbinə Tağızadə