Səudiyyə Ərəbistanı Türkiyədən pilotsuz uçuş aparatları (PUA) alacaq.
Ednews TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkəti ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.
Xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 17 iyul tarixində Səudiyyə Ərəbistanına səfər edib. O, vəliəhd şahzadə ilə görüş keçirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.