Pilotsuz uçuş aparatları Ukrayna müharibəsində mühüm və dağıdıcı rol oynayıb.
Ednews xəbər verir ki, sentyabr ayından etibarən rusiyalı məktəblilərə dronları idarə etmək öyrədiləcək.
Senator Artem Şeykin tələbələrin "Həyat Təhlükəsizliyinin Əsasları" proqramı çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) istismarını öyrənəcəkləri dərsləri açıqlayıb.
10 və 11-ci sinif şagirdləri də proqram çərçivəsində avtomat və əl qumbaralarından istifadə etmək üçün təlim də keçəcəklər.
RİA Xəbər Agentliyinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu planları artıq təsdiqləyib və onların sentyabrın birinci günündən həyata keçirilməsi nəzərdə tutulub.
Müdafiə nazirinin müavini Ruslan Tsalikov bildirib ki, proqrama əsas əməliyyat məlumatları və düşmən silahlarına, o cümlədən PUA-lara qarşı mübarizə üsulları daxil olacaq.
Ülviyyə Şahin