Erməni bloger Roman Baqdasaryan öz “Youtube” kanalında Ermənistanın üçüncü prezidenti, müxalifətdə olan “Respublikaçılar” partiyasının sədri Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan və Robert Köçəryanın arvadı Bella Köçəryanın Ermənistanda etdikləri özbaşınalıqlardan danışıb:
“Sarkisyanın dövründə Rita Sarkisyan mədəniyyət işçilərinin mədəniyyət evində konsertlərin keçirilməsinə icazə verirdi. Onları pulsuz avadanlıqlarla təmin edirdi, pullarını isə dövlət büdcəsindən sildirirdi. Mədəniyyət evini sirkə və açıq bazara çevirmişdi”.
Roman Bağdasaryan danışdıqlarına əlavə olaraq onu da qeyd edib ki, mobil şirkətin sahibi olan bu qadın Ermənistandan gələn əsgərlərdən “Karabakh Telecom” mobil rabitə şirkətinə səngər də qazdırıb:
“Niyə bizim bu uşaqları qul kmi işlədirlər?”
Daha sonra o, qondarma separatçı rejiminin saxta başçısı Arayik Harutyanın əməllərindən də danışıb. O, xunta başçısının Ermənistan büdcəsini necə talan etdiyi barədə də fikirlər səsləndirib.
Ednews sözügedən videonu təqdim edir: