Erməni bloger Roman Baqdasaryan öz “Youtube” kanalında Arayik Harutyunyanın Ermənistan büdcəsini necə taladığından danışıb. O, qondarma rejimin heç kəs tərəfindən tanınmadığını qeyd edərək, onları saxtakar adlandırıb.
“Necə ola bilər ki, 12 nazirlik Qarabağda, 12 nazirlik isə Ermənistanda olsun. Siz anlayın artıq, anlayın ki, siz saxta nazir və saxta deputatlarsınız. Sizi heç kim qəbul etmir. Siz heç kimsiniz. Siz başa düşmürsünüz ki, bütün bu lənəti özünüz udursunuz. Ermənistanın pulu yeyib, Ermənistana pislik arzu etməyin özü ən böyük günah işlətmək deməkdir.”
Bloger həmçinin Harutyunyanın Ermənistan büdcəsini talamasından da söz açıb:
“600 adam müalicə üçün Qarabağdan Ermənistana getdi. Orada nə bir məktəb, nə bir uşaq bağçası, nə bir xəstəxana var. Arayik, sən utanmırsan? Qarabağdakı xəstəxanalar üçün Ermənistan büdcəsindən pul alıb aparırsan. Əgər 600 xəstəni müalicə üçün İrəvana göndərirsənsə, sən o pulları hara üçün alırsan? O pulları nə üçün alırsan, Arayik?”
Sözügedən videonu təqdim edirik: