Son günlər Danimarkada İslamın müqəddəs kitabı olan Quranın kütləvi şəkildə yandırılması hadisələri yaşanır.
Ednews-un verdiyi məlumata görə, son hadisə zamanı danimarkalı, müsəlman olmayan bir qadın müqəddəs kitabın yandırılmasının qarşısını almağa çalışıb. Bu zaman qadın iki aqressor aksiyaçının hücumuna məruz qalıb.
Vandallar qadının qarşısını almağa çalışaraq ona hücum ediblər. Lakin cəsur danimarkalı təslim olmayıb və Müqəddəs Kitabı müdafiə etməyə davam edib.
Lakin fəallar qızın müqavimətini dayandıra bilib və polisə müraciət ediblər. Hüquq-mühafizə orqanları hadisə yerinə gələndə vandalizm aktının qarşısını almağa çalışan danimarkalı qadını həbs ediblər.
Onun əlindən Quranı alan polis müqəddəs kitabı yandıranlara geri qaytarıb.
Nurlana Hacıyeva