İrəvandan Rusiyaya qayıdan turistlər hava limanında çətin anlar yaşayıblar.
Ednews xəbər verir ki, bu barədə turistlərdən biri sosial şəbəkə hesabından paylaşım edib. O, qeyd edib ki, onlarla rusiyalı turist İrəvan hava limanında ac və suzuz köməksiz vəziyyətdə qalıblar.
“Bura İrəvan hava limanıdır. İnsanlar döşəmədə uzanıblar. Onlar yemək gözləyirlər, bizə nə yemək, nə su, nə də otel verirlər. Baxın, burada - İrəvan hava limanında insanlar- moskvalılar gözləyirlər".