Əfqanıstanın qərbində, Herat şəhərində Taliban əxlaq polisi tərəfindən musiqi alətləri yandırılıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Komitəsinin sədr müavini Şeyx Əziz ər-Rəhman əl-Muhacir musiqiyə qulaq asmağın qadağan olduğunu və buna görə də səlahiyyətlilərin musiqi alətlərini toplayıb yandırdığını bildirib.
Komitə rəsmisi musiqinin təbliğinin bir növ “korrupsiya” olduğunu və bunun “gəncləri çaşdırmağa, cəmiyyəti məhv etməyə” səbəb olduğunu söyləyib.
Qeyd edək ki, Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra musiqiyə qadağa qoyub. Son zamanlar şadlıq saraylarının sahiblərinə musiqidən uzaq durmaq barədə xəbərdarlıq edilib. Bundan əlavə, toy və buna bənzər şadlıq mərasimləri kimi İslam qaydalarını poza biləcək tədbirlər də qadağandır.
Aynurə İsmayıl