ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Ednews xarici KİV - ə istinadən xəbər verir ki, prokurorlar respublikaçı siyasətçini hakimiyyətdə qalmaq istəyinin, demokratiyanın “əsas funksiyasına” mane olmaq cəhdində ittiham ediblər.
İttihamnamədə prokurorlar Trampın yalan olduğunu bildiyi halda saxtakarlıq iddialarını irəli sürdüyünü, əyalət və federal rəsmilərə, o cümlədən vitse-prezident Mayk Pensə nəticələri dəyişdirmək üçün təzyiq göstərdiyini və nəhayət, 6 yanvar 2021-ci ildə ABŞ Konqresi binasına şiddətli hücuma təhrik, ölkənin demokratiyasını sarsıtmaq və hakimiyyətdə qalmaq üçün çıxılmaz cəhd olduğunu iddia edib.
Vaşinqtonda xüsusi müşavir Cek Smit tərəfindən təqdim edilən 45 səhifəlik iddianamədə Trampa qarşı dörd ağır cinayət ittihamı təfərrüatlı şəkildə yer alıb. Əgər ona qarşı qaldırılan ittihamlar təsdiqin tapsa Trampı 20 ilə qədər həbs cəzası gözləyir.
Əkbər Şəbəndəyev