Türkiyənin İstanbul şəhərinin Bayrampaşa səmtində biznes mərkəzində yanğın baş verib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Yanan biznes mərkəzində qalan 9 nəfər xilas edilib. Tüstüdən 4 yanğınsöndürən zərər çəkib.