İsveçdə Quranın yandırılması ilə bağlı yeni aksiya keçirilib.
Ednews-un Gazeta.ru-ya istinadən xəbər verir ki, İran əsilli 47 yaşlı Marian Bayram İsveçdə Malaren gölünün sahilində manqalda Quranı yandırıb.
Quranın yandırılması aksiyasının polisin mühafizəsi altında keçirildiyi qeyd edilir. Aksiya zamanı bütün dinlərin məhv edilməsinin vacibliyini bəyan edilib.
Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali mətbuat konfransı zamanı deyib ki, İsveç və Danimarkada Quranın yandırılması Qərb dövlətləri tərəfindən biabırçılıq və ikili standartların təzahürüdür.
O, açıqlayıb ki, Quranın yandırılması ilə bağlı hərəkətlər ikili standartlardan danışır, həmçinin bu ölkələrdə söz azadlığı nümayişkaranədir.
Nurlana