Separatçı Samvel Babayan Qarabağda Paşinyanın əsas ruporuna çevrilib.
Ednews xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
"Uzun müddətdir ki, o, Paşinyanın təbliğat tezislərini irəli sürür və erməniləri Ağdam yolundan istifadə etməyin zəruriliyinə inandırmağa çalışır. Yükləri bu yolla daşımaq, Azərbaycanla dialoq qurmaq lazımdır", deyə nəşrdə qeyd olunub.
Nəşr onu da qeyd edir ki, S.Babayan separatçıların mövqeyinin əksinə olaraq Azərbaycanla inteqrasiya prosesinin başlanmasına çalışır.