Pakistanın müxalifətdə olan Ədalət Hərəkatı Partiyasına müvəqqəti olaraq təşkilatın sədr müavini Şah Mahmud Qüreyşi başçılıq edəcək.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasi partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qüreyşi partiyanın həbsdə olan sədri İmran Xanın səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, ölkənin keçmiş baş naziri olmuş İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.