Səudiyyə Ərəbistanı Azərbaycan, Albaniya, Özbəkistan, Cənubi Afrika Respublikası, Gürcüstan, Tacikistan, Qırğızıstan və Maldiv adaları vətəndaşları üçün elektron viza və ya ölkəyə gəldikdən sonra turist vizası üçün müraciət etmək imkanı yaradıb.
Ednews xəbər verir ki, bu Səudiyyə Ərəbistanı Turizm Nazirliyi verdiyi bəyanətda qeyd olunub.
Bu addımla Səudiyyə Ərəbistanının turizm strategiyasına və sektorun 3%-dən 10%-ə artmasına və 2030-cu ilə qədər turistlərin sayını 100 milyon çatırılması planlaşdırılır.
Ziyarət vizası alan şəxslər həcc ziyarəti istisna olaraq Səudiyyə Ərəbistanının müxtəlif bölgələrinə, həmçinin Ümrəyə səfər etmək imkanı verir. Bunun qarşılığında hökümət ziyarətçilərdən ölkədə qaldıqları müddətdə bütün qaydalara riayət etməyi tələb edir.
Qeyd edək ki, ötən mart ayında Səudiyyə Ərəbistanı Turizm Nazirliyi Körfəz ölkələrinin bütün sakinlərinə istisnasız olaraq Səudiyyə Ərəbistanına səfər, turistik yerləri ziyarət və müxtəlif tədbirlərdə iştirak etmək və Səudiyyə Ərəbistanı, irsi ilə tanış olmaq üçün qərar təsdiqləyib.
Loğman Yunis