Fransa prezidenti Emmanuel Makron Niger ölkəsində cinayətkar kimi axtarışa verilib.
Ednews xəbər verir ki, bu barədə ölkənin daxili işlər orqanlarında axtarışa dair protokol tərtib edilib.
Qeyd edək ki, uzun illərdir Fransanın müstəmləkəsi olan Nigerdə iyulun 26-da Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Mohamed Bazumu vəzifədən kənarlaşdırıb.
Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.