Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefonla danışıb.
Ednews xəbər verir ki, bu barədə Osmani özünün “Twitter” hesabında məlumat verib.
ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib:
“Bu gün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla Laçın dəhlizi ətrafında gedən məsələlərə dair maraqlı danışıqlarımız oldu. ATƏT sədri kimi mən vurğuladım ki, danişıqlar prosesində humanitar mülahizələr və insanların təcili ehtiyacları üstünlük təşkil etməlidir. Həmçinin qeyd etdim ki, ATƏT regionda davamlı sülhə töhfə vermək üçün istənilən köməyi göstərməyə hazırdır”.