Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, iyulun 21-də İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı yaralanan çavuş Ege Süleyman Görece müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, indiyə kimi “Pençe-Kilit” əməliyyatında 6 hərbçi şəhid olub.