Ukraynanın bir çox əraziləri, o cümlədən Lvov vilayəti Rusiya ordusu tərəfindən raket atəşinə tutulub, yaralananlar var.
Ednews xəbər verir ki, bu barədə Lvov vilayətinin Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri ölkə ərazisinə atılan raketlərin böyük qismini zərərsizləşdirə bilsə də, Lvovda bir neçə yaşayış binası vurulub.
Hadisə nəticəsində ümumilikdə 15 nəfər yaralanıb və xəsarət alanların arasında 10 yaşlı uşaq da var.