Qırğızıstanda “TikTok” sosial şəbəkəsi bloklanacaq.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi “TikTok”un ölkə ərazisində bloklanması barədə qərar qəbul etdiyini bəyan edib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, “TikTok” sosial şəbəkəsinin zərərli təsiri və uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsirindən narahat olan qeyri-hökumət təşkilatlarından çoxsaylı müraciətlər olub.
Bununla əlaqədar Mədəniyyət Nazirliyi sözügedən sosial şəbəkənin məzmununun monitorinqini aparıb və müəyyən edib ki, bu platforma uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlara girişi məhdudlaşdırmır və istifadəçilərinin yaşa nəzarət funksiyasından məhrumdur.
“Çoxsaylı müraciətləri nəzərə alaraq və aparılan monitorinqi əsas götürərək, MİİGSN Qırğızıstan Respublikası ərazisində “TikTok” servisinin yayılması ilə bağlı fəaliyyətin dayandırılması qərarını qəbul edib“, – deyə bildirilib.