“NMB Research” tərəfindən çərşənbə axşamı açıqlanan yeni sorğuya görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda Nyu-Hempşirdə ehtimal olunan GOP (Respublikaçılar) seçkilərində 47% dəstək alır.
Ednews xarici mediaya istinadən xəbər verir ki, sorğu Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli və Florida qubernatoru Ron DeSantis hər biri 10% səslə ikinci yerdə, Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi və sahibkar Vivek Ramasvaminin isə 8% səs topladığını göstərir. Senator Tim Scott yalnız 5% dəstək almaqla geridə qalır.
İlkin mübarizəyə rəhbərlik etməklə yanaşı, Tramp həm də rəqibləri arasında ən yüksək üstünlük reytinqinə malikdir. Seçicilərin əksəriyyəti (65%) ABŞ-ın keçmiş dövlət başçısı haqqında müsbət təəssürat yaratdığını bildirib, DeSantis 58% və Pens isə 29% -də qərarlaşıb.
Ülviyyə