Tramp Baydenin ondan 20 dəfə çox məxfi sənədlər saxladığını dedi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ lideri Co Baydeni məxfi sənədləri saxlamaqda ittiham edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə radio aparıcısı Hugh Hewittə verdiyi müsahibə zamanı bildirib. Tramp qeyd edib ki, Bayden onun Florida ştatındakı Mar-a-Laqo iqamətgahında tapılan sənədlərindən 20 dəfə çox məxfi sənədlərə sahibdir.
"Baydenin məndən 20 dəfə çox qutusu olduğunu bilirdinizmi? Onun senator olandan məxfi məlumatları saxladığını bilirdinizmi? Onun etdiyi cinayətdir", – deyə Tramp Baydenin sənədləri oğurladığını iddia edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Baydenlə əlaqəli Vaşinqton analitik mərkəzinin binasında məxfi sənədlər toplusu tapıldığı barədə xəbərlər yayılıb. Sənədlər Baydenin ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışdığı vaxta (2009-2017) aiddir. Ağ Evin məlumatına görə, sənədlər 2022-ci ilin noyabrında dövlət başçısının vəkilləri tərəfindən aşkar edilib. Sənədlər Baydenin 2017-2019-cu illərdə, yəni prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl istifadə etdiyi ofisdə yerləşib. Daha sonra Baydenin Delaver ştatının Wilmington şəhərindəki evində də gizli sənədlər tapılıb.
Nurlana