Pensiya alan məşhurların sırasına Cem Yılmaz da qatılıb.
Ednews xəbər verir ki, bu haqda Cem özü məlumat yayıb. Aktyor 27 ildir işlədiyini açıqlayıb.
"1996-cı ildən indiyədək çəkiliş meydançasındayam. Pensiyam 12 min 800 TL (1117 manat) -dir. Allah bərəkət versin" - deyə Cem Yılmaz bildirib.
Aynurə İsmayıl