AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçından öncə stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb onu öpən polis mükafatlandırılıb.
Ednews xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilib ki, Düzce valisi Səlçuq Aslan 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan matçı öncəsi nümunəvi davranışına görə Düzce Polis Şöbəsinin əməkdaşı Ramazan Şahini ofisində qəbul edib.
Vali Ramazan Şahinə sertifikat təqdim edib və həssas davranışına görə təşəkkür edib.
Qeyd edək ki, yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.