Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişərək onun ən güclü müttəfiqinə çevrilib.
Ednews xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi Fransua Eysburqun sözlərinə görə, Fransa lideri böhranın həlli üçün Kiyev və Moskva arasında vasitəçilik rolunu oynamaq ideyasına köklənib.
“Sonunda Makron nəhayət ki anladı ki, Putin danışıqlarda maraqlı deyil”, - deyə ekspert bildirib.
Qeyd olunur ki, Fransa prezidenti NATO-ya üzvlük və hərbi yardım kimi məsələlərdə liderlik etmək istəyərkən, “qələbəyə qədər” dəstək vəd edərək, Ukraynanın ən güclü müttəfiqlərindən birinin donunu geyinib.
Paris Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı mövqeyindən əhəmiyyətli dərəcədə uzaqlaşıb. Fransa indi yeni müttəfiqlər axtarır və genişlənmə prosesinə rəhbərlik etmək istəyir.
Nəşr yazır ki, “diqqətin Şərqə doğru dəyişməsindən danışan Fransa, indi qaçılmaz hesab etdiyi dəyişikliklərə təsir etmək istəyirsə, Almaniya, İtaliya və İspaniya kimi ənənəvi müttəfiqlərindən kənarda dəstəyə ehtiyac duyur”.
Nurlana